Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah Nuri Həmədani şəhid Ayətullah Seyid Əli Xameneinin mübarək nəşinin dəfn mərasimində iştirak edənlərlə görüşdə şəhid rəhbərin uca və misilsiz məqamına toxunaraq bildirib: Bəlkə də bu gün bir çox insanlar hələ də itirdiyimiz şəxsiyyətin necə böyük və istisna bir sima olduğunu lazımi şəkildə dərk etmirlər. Mən onu 1950-ci illərdən (1330-cu illər) tanıyıram və onun bütün həyatı mühüm, dəyərli və diqqətəlayiq məqamlarla zəngin olub.
O, İran İslam Respublikasının şəhid Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə vida və dəfn mərasimində xalqın möhtəşəm iştirakına işarə edərək əlavə edib: Bu bir neçə gün ərzində bütün dünya xalqın möhtəşəm iştirakının əzəməti qarşısında heyrətə gəldi. İnşallah, qarşıdakı günlərdə bu iştirak daha da geniş olacaq.
Ayətullah Nuri Həmədani daha sonra vurğulayıb: Düşmənlər bilməlidirlər ki, bu misilsiz və əzəmətli iştirak onun sevənlərinin yalnız bir hissəsini göstərir. Bu mənəviyyat dolu insanın dünyanın hər yerində çoxlu tərəfdarları və ona könül bağlayanları var. Hər kəs bilməlidir ki, bizim mübarizəmiz təkəbbürçü təfəkkürə, zülmə və qlobal hegemon güclərin, yəni ABŞ və sionist rejimin törətdiyi cinayətlərə qarşıdır. Bu xalq heç vaxt zülmü qəbul etməyəcək. Çünki dini mədəniyyətimiz bizə zalımla və təkəbbür qüvvələri ilə birgə olmağa icazə vermir.”
O, bu cinayətin törədicilərini qətiyyətlə pisləyərək bildirib: Bu cinayətin icraçıları bilməlidirlər ki, onların qisası mütləq alınacaq.
Ayətullah Nuri Həmədani çıxışının sonunda ölkə rəsmilərinə müraciətlə qeyd edib: Rəsmilər bu xalqın qədrini bilməli, birlik və həmrəyliyi qoruyaraq ölkənin problemlərinin həlli üçün səy göstərməli, vilayəti-fəqih prinsipini qorumalı və onun keşiyində dayanmalıdırlar. Mən hesab edirəm ki, düşmənin əsas və ilk hədəfi məhz bu böyük məqamı zəiflətməkdir. Buna görə də hər kəsi, xüsusilə də cəmiyyətin nüfuzlu şəxslərini və yüksək vəzifə daşıyanları bu məsələyə ciddi diqqət yetirməyə çağırıram.
Rəyiniz